AZ

MSK daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Bakı, 19 iyul, AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında beş siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

AZƏRTAC xəbər verir ki, MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Gələcək Azərbaycan Partiyasının, Müsavat Partiyasının, Azad Vətən Partiyasının, Vəhdət Partiyasının və Ədalət Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
18
azertag.az

10Mənbələr