AZ

Azərbaycana neft və qazdan daxil olan valyuta kəskin azalıb

2024-cü ilin birinci yarısında (yanvar-iyun) Azərbaycandan 11 milyard 304 milyon 905 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac olunub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2023-cü ilin eyni dövründə Azərbaycandan 16 milyard 194 milyon 606 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi.

Beləliklə, neft-qaz sektoruna daxil olan malların ixracı 2024-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4 milyard 889 milyon 701 min dollar və ya 30,2% azalıb.

O cümlədən, xam neft ixracının dəyəri 791 milyon 41 min dollar azalaraq 7 milyard 12 milyon 103 min dollara, təbii qaz ixracının dəyəri 3 milyard 960 milyon 641 min dollar azalaraq 4 milyard 68 milyon 547 min dollara düşüb. 2023-cü ilin 1-ci yarısında Azərbaycandan 7 milyard 803 milyon 144 min dollar dəyərində xam neft, 8 milyard 29 milyon 188 min dollar dəyərində təbii qaz ixrac edilmişdi. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
marja.az

10Mənbələr