AZ

Windows əməliyyat sisteminin problemi Azərbaycanda müşahidə olunmayıb

Windows əməliyyat sisteminin (ƏS) kütləvi şəkildə kəsilməsi br çox ölkələrdə iş fəalliyyətinə problem yaradıb. Bu barədə tass agentliyi məlumat yayıb. 
 
Amma problem MDB ölkəsində yalnız Ermənistan və Moldovada özünü qismən reslərin gekişməsi prosesində göstərib.  
 
Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanda hava limanlarının fəaliyyətində, rabitə, bank və digər tətbiqlərdə heç bir problem yoxdur. İrəvan hava limanında Venesiya və Parisə uçuşlar gecikir. Siyahıda qeyd olunan digər ölkələrdə, keçmişdə də fasilələrin olduğu bildirilən Türkiyə və Yaxın Şərq də daxil olmaqla, uçuşlar gecikmədən həyata keçirilir.

Kişinyov hava limanında bəzi reyslər gecikir, müxtəlif xidmətlər, rabitə və tətbiqlərin fəaliyyətində başqa problemlər yoxdur. Səhər saatlarından etibarən Ukraynada bəzi telekommunikasiya operatorlarının, eləcə də poçtun işində problemlər qeydə alınıb.
 
Problemlər ABŞ, Avstraliya, Hindistan, Böyük Britaniya və Avropa İttifaqında bir neçə bank və şirkət tərəfindən bildirib. 
 
Aytac 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
anews.az

10Mənbələr