AZ

Azad edilən ərazilərdə yanğın VİDEO

FHN-in “112” qaynar telefon xəttinə Füzuli rayonunun Seyidəhmədli, Aşağı və Yuxarı Əbdürəhmanlı, Kürdlər və Qorqan kəndləri istiqamətində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

Seçilən
194
49
anspress.com

10Mənbələr