AZ

Millinin kapitanı siqaret və spirtli içkiyə görə millidən qovuldu

Yaponiyanın qadın gimnastika yığmasının kapitanı Seko Miyata siqaret və spirtli içki qəbul etdiyinə görə komandadan qovulub və Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hüququndan məhrum edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

Yaponiya Gimnastika Assosiasiyası 19 yaşlı Miyatanı milli komandadan uzaqlaşdırıb, çünki Yaponiyada 20 yaşdan kiçik tütün və spirtli içkilərdən istifadə qadağandır. İdmançı ictimaiyyət qarşısında günahını etiraf edib.

Paris Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
veteninfo.az

10Mənbələr