AZ

®Zəhərli həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicəyə dair metodik vəsait çap olunub

®Zəhərli

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib olunmuş “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” adlı 55 səhifəlik metodik vəsait çapdan çıxıb.

İsti yay günlərində zəhərli ilan, hörümçək, əqrəb və həşəratların sancması ilə bağlı təxirəsalınmaz yardım uçun müraciətlərin artdığı müddətdə həkim gələnə qədər ilk yardımın göstərilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, risk zonasında yaşayan və fəaliyyət göstərən hər kəsin həkimə qədər ilk yardımın necə göstərilməsini bilməsi çox vacibdir.

Xüsusilə ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki dağıdılmış, uzun müddət əhalinin yaşamadığı yerlərdə zəhərli ilan, hörümçək və əqrəblərin çoxalması üçün əlverişli şərait yaranıb. Ona görə də həmin bölgələrdə çalışan və yaşayanların, o cümlədən hərbi qulluqçu, sərhədçi və gömrükçülərin zəhərli ilan, hörümçək və əqrəblərlə qarşılaşmağa hazırlıqlı olması, onların ilk yardım haqqında məlumatlandırılması mühüm məsələdir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 2024-cü il 13 iyun tarixli 3-28/3-1-260/2024 nömrəli əmri ilə təsdiq edilmiş metodik vəsaitin müəllifləri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevdir.

Metodik vəsait ilkin səhiyyə səviyyəsində çalışan tibb işçiləri, təcili yardım həkimləri, toksikologiya, reanimasiya və intensiv terapiya, cərrahiyyə şöbələrinin həkimləri və bölgələrdə yerləşən hərbi hissələrin həkimləri üçün nəzərdə tutulub.

Kitab haqqında əlavə məlumat almaq üçün Mərkəzi Gömrük Hospitalının Cağrı Mərkəzinin (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Seçilən
25
2
azertag.az

5Mənbələr