AZ

Türkiyə Futbol Federasiyasında yeni prezident - Rəsmi

Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.

AzxeberSport xəbər verir ki, sözügedən vəzifəyə üç namizəd olub: Servet Yardımcı, İbrahim Hacıosmanoğlu və əvvəlki prezident Mehmet Büyükekşi.

Daha çox səs toplayan (134) İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.

Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub.

Seçilən
35
17
azxebersport.az

10Mənbələr