AZ

OPPO Reno 12F 4G smartfonu təqdim edilib

     OPPO şirkəti bir neçə müddət bundan öncə OPPO Reno 12F 5G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. 4G versiya 5G versiyadan yalnız prosessor ilə fərqlənir. Belə ki, OPPO Reno 12F 5G-nin MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışdığı halda OPPO Reno 12F 4G modeli Snapdragon 685 prosessoru vasitəsilə çalışır. Yerdə qalan bütün texniki özəlliklər eynidir. Yəni OPPO Reno 12F 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2100 nit təşkil edir.     Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib və ekranın özü AGC DT-Star 2 adlı qoruyucu örtüyə sahibdir. Smartfonun gövdəsi də üstəlik IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. OPPO Reno 12F 4G 8/12 GB RAM-ı, 256/512 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. OPPO Reno 12F 4G şirkət saytının qlobal versiyasında ortaya çıxsa da, onun qiyməti və satış tarixi qeyd edilməyib.

Seçilən
91
1
technote.az

3Mənbələr