AZ

ABŞ-də Trampın radikal planını üzə çıxardılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ prezidentliyinə namizəd Donald Tramp dolları zəiflətməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, siyasətçinin radikal planını ABŞ-nin "The New York Times" (NYT) nəşrinin jurnalistləri açıqlayıblar.
"Tramp adətən öz siyasətinin güclü olmasına üstünlük verir, lakin dollara gəldikdə, o, çoxdan fərqli mövqe tutub. Siyasətçi əmindir ki, dolların güclü olması səbəbindən amerikalı istehsalçılar üçün xaricdə öz məhsullarını valyutaları zəif olan ölkələrdən olan alıcılara satmaq çətinləşib", - deyə nəşrin müəllifləri qeyd ediblər.
Jurnalistlər əlavə ediblər ki, prezidentliyə namizədin valyutanı zəiflətmək planını necə həyata keçirməyi planlaşdırdığı hələlik bəlli deyil.
"Variantlar arasında xarici valyuta almaq üçün dollar satmaq və ya pul kütləsini artırmaq da var", - deyə qəzetin icmalçıları təxmin ediblər.
Bundan əlavə, Tramp tariflər təhlükəsi altında digər ölkələri öz valyutalarını gücləndirməyə inandıra bilər, məqalədə deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
oxu.az

10Mənbələr