AZ

Yay aylarında düzgün qidalanmaya necə fikir verməliyik? - Nazirlik rəsmisi AÇIQLADI

"Yay fəslində həzm xəstəliklərinə təsir göstərən faktorlar olur: düzgün qida seçilməməsi, qidaların düzgün saxlanılması və təkrar istifadəsi, infeksion, mövsümü insan davranışları, qidalanma rejiminin dəyişməsi və. s".

seher.media xəbər verir ki, bu fikirləri "Sağlam radio"da yayımlanan "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, yay aylarında adətən həzm problemi, ishal, mədə ağrısı, öd daşının ağrı tutmaları, ürəkbulanma və qusma şikayətli pasiyentlərin müraciətinə tez-tez rast gəlinir:

"Bəzi insanlarda bütün bu əlamətlərin hamısı eyni vaxtda görünə bilər. İsti yay günlərində bədən daha çox maye, mineral itkisinə məruz qalır, nəticədə qəbizlik halları artır, insanlar az iştahalı olur. Yay aylarında daha çox səyahət edildiyindən səyahətçi diarreyası dediyimiz ishal halları yaranır.

İsti hava xüsusi ilə qida ilə yoluxan xəstəlik törədən mikroblar üçün ideal şəraitdir. Yay aylarında farş ətdən hazırlanan qidalar, süddən hazırlanan kremli məhsullar, hazırlanan yeməkləri soyuducuda belə olsa, saxlayıb təkrar yeməmək tövsiyə edilir. Qida hazırlanarkən bir neçə saat içində tükənməlidir".

Qastroenteroloq bildirib ki, bu fikir məhz yayın əsas meyvəsi qarpız və yemişə də aiddir:

"Onları yaxşı yumaq şərtdir, çünki xəstələnmənin əsas səbəbi torpaqla kontaktdan meyvəyə düşən mikroblar tərəfindən törədilir. Digər məsələ soyuducuda saxlayıb bir neçə gün yeyilməsi məsləhət görülmür".

Mütəxəssis-ekspert bildirib ki, dəniz mövsümündə günvurma və dəniz suyunun udulması ilə bağlı mədə bağırsaq pozuntuları, qusma və ishal şikayətləri ilə müraciət edilməsinə səbəb duzlu suyun həzm sistemini qıcıqlandırması və infeksiya səbəbi ilə baş verir:

"Yay fəslində uzun müddətli mədə turşuluğunu salan dərmanlar qəbul edən pasiyentlər qidalanarkən daha diqqətli olmalıdırlar, çünki turşuluq bizi mikrobların daxil olmasından qoruyan baryer olduğundan zəhərlənmə və patogen mikroblara daha tez yoluxa bilərlər".

Ekspert sonda dinləyicilərə yay aylarında mövsümündə yetişən tərəvəz və meyvələrə üstünlük verməyi, hər bədən kiloqramına 20-30 ml olmaqla su istifadə etməyi, gün vurmalardan qorunmaq üçün günün pik saatlarında gün altında olmamağı, qidalar hazırlanarkən dərhal yeyilməsini və saxlanma qaydalarına uyğun şəkildə saxlamağı məsləhət görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
6
seher.media

3Mənbələr