AZ

Faktiki hava: Bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Faktiki

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-i saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şəmkirdə 6, Gədəbəydə 4, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə v’ Tərtərdə 2 millimetrədək olub.

İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 38°, dağlıq rayonlarda isə 27°-dək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
49
azertag.az

10Mənbələr