AZ

“OnePlus” tamamilə metal korpuslu smartfon təqdim edib

Çinin “OnePlus” şirkəti “Summer Lunch Event”də xüsusi hazırlanmış tamamilə metal korpuslu yeni Nord 4 smartfonunu təqdim edib. Avropada yeni smartfonun satışları avqustun 8-də konfiqurasiyadan asılı olaraq 499-599 avro arasında dəyişən qiymətlərlə başlayacaq.

Nord 4 Snapdragon 7+ Gen 3 prosessoruna malikdir. Smartfon 8, 12 və ya 16 GB operativ yaddaşa, həmçinin 128, 256 və 512 GB daxili yaddaşa malik üç versiyada mövcuddur. Yenilik 2772 x 1240 təsvir ölçüsünə və 120 Hz yeniləmə tezliyinə malik 6.74 düymlük Super Fluid AMOLED displeyini alıb. 50 MP əsas kamera və 16 MP ön kamera isə 4k rejimində saniyədə 60 kadr sürətlə şəkil çəkməyə imkan verir. Smartfonun akkumulyator tutumu 5500 mAh-dır.

Nord 4 modeli “Mercurial Silver”, “Oasis Green” və “Obsidian Midnight” rənglərində satışa çıxarılacaq. Qeyd edək ki, smartfon həmçinin süni intellekt texnologiyasını da dəstəkləyir. Şirkət cihazı 2030-cu ilə qədər dəstəkləyəcəyini vəd edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
banker.az

10Mənbələr