AZ

Bayden koronavirusa YOLUXDU  

ABŞ prezidenti Co Bayden koronavirusa yoluxub və xəstəliyin yüngül simptomları müşahidə olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. 

"Bu gün Las-Veqasdakı ilk tədbirindən sonra prezident Baydenin COVID-19 ilə bağlı testi pozitiv çıxıb. O, peyvənd olunub və gücləndirilmiş müalicə alıb və onda yüngül simptomlar müşahidə olunur", - deyə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib. 

Bildirilib ki, Bayden Delaverdəki evinə gedəcək və burada özünü təcrid edəcək və bu müddət ərzində bütün vəzifələrini yerinə yetirməyə davam edəcək. Qeyd edək ki, Baydeni geri çəkilməyə səsləyən Demokrat Partiyası üzvlərinin sayı 20-ni keçib. 

Bizim.Media

Seçilən
70
50
bizim.media

10Mənbələr