AZ

“Muğanbank” kürəkənimin, “Oksigen Klinikası” isə həyat yoldaşımındır” – Rektor

  Ləğv prosesində olan “Muğanbank” ASC “Oksigen Klinikası”na qarşı məhkəmədə iddia qaldırıb. Bankın klinikaya qarşı qaldırdığı iddiası bir neçə gün öncə Bakı Kommersiya Məhkəməsinə daxil olub. İşin mahiyyəti isə kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Yerli mətbuatda həm bankın, həm də klinikanın Odlar Yurdu Universitetinin (OYU) hazırkı rektoru Əhməd Vəliyevə bağlı olması ilə bağlı mütəmadi olaraq məlumatlar dərc olunub. Çünki klinika kommersiya qurumu kimi dövlət reyestrində rektorun köməkçisi Həsənov Füzuli Abbas oğlunun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınıb.

Referans.az xəbər verir ki, Əhməd Vəliyev barəsində yazılan məlumatlar barədə “iqtisadiyyat.az”a danışıb.

O, klinikanın qanuni təmsilçisinin Füzuli Həsənov olması barədə xəbərləri təkzib edib.

 ““Oksigen Klinikası” mənim həyat yoldaşımındır, onun adınadır. Klinikanın binası da mənim adımadır”, – rektor deyib.

Əhməd Vəliyev “Muğanbank”ın ona və övladlarına heç bir aidiyyəti olmadığını vurğulayıb:

“Muğanbank” kürəkənindir. Onun da öz nəsli, öz kökü var. Yad bir adamdır. Bankın mənə nə aidiyyəti ola bilər ki? 30 ildir özü işləyib. Mənə aidiyyəti olsaydı, mən heç qoyardım ki, o düz işləməsin? Ona görə də mənə aidiyyəti olsaydı, belə bir problemlə qarşılaşmazdılar”.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
27
referans.az

10Mənbələr