AZ

Bu il İKZF-in vəsaiti hesabına 230 milyon manatdan çox ipoteka krediti verilib

Bu

Bakı, 17 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına 230,2 milyon manat həcmində ipoteka krediti verilib ki, onun da 64,6 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

Fonddan AZƏRTAC-a bildirilib ki, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 1710, güzəştli ipoteka kreditləri hesabına isə 821 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İyul ayının 1-nə olan məlumata görə, bu il verilmiş ipoteka kreditlərinin orta məbləği 91 min manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə iyulun 1-nə fond tərəfindən 81,5 milyon manat məbləğində 967 ipoteka krediti üzrə zəmanət verilib.

Ümumilikdə indiyədək fondun vəsaiti hesabına 3,1 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 50 min 380 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
11
azertag.az

10Mənbələr