AZ

Neymar geri döndü – FOTOLAR

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar yenidən məşqlərə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Klub forvardın video və fotolarını dərc edərək, “Neymar geri döndü” yazıb. 32 yaşlı futbolçu məşqlərinə fərdi olaraq davam edir.

Qeyd edək ki, Neymar 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. O, ötən ilin oktyabrından dizin ön çarpaz bağının zədələnməsi və menisk yırtığı səbəbindən yaşıl meydanlardan uzaq idi.

Neymar karyerası ərzində “Santos”, “Barselona” və PSJ klublarında çıxış edib.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
3
medianews.az

10Mənbələr