AZ

ADB Azərbaycan və Qırğızıstandakı artımla əlaqədar region üçün iqtisadi proqnozlarını yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozunu 2024-cü ildə 4.3%-dən 4.5%-ə, 2025-ci ildə isə 5%-dən 5.1%-ə artırıb.

Bu barədə bankın bu gün açıqlanan “Asiyanın inkişaf perspektivləri”(ADO) hesabatının iyul sayında deyilir.

“Bu, Azərbaycan və Qırğızıstanda gözləniləndən daha güclü artımla əlaqədardır. Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-aprel aylarında 4.3% böyüyüb ki, bu da dövlət xərcləri ilə dəstəklənən nəqliyyat və tikinti sahələrinin hesabına olub. Qırğızıstanın artım tempi 2024-cü ilin birinci rübündə 8.8% təşkil edib ki, bu da yerli və xarici investisiyalarla maliyyələşdirilən xidmət və tikinti sahələrində güclü istehsalla əlaqədardır”, – hesabatda bildirilir.

ADB hesab edir ki, digər subregional iqtisadiyyatlarda da iqtisadi fəaliyyət eyni dərəcədə güclü olub. Ermənistan 2024-cü ilin birinci rübündə 9.2% böyüyüb ki, bu da əsasən istehsalat sahəsindəki artımla bağlıdır. Gürcüstan iqtisadiyyatı 4 ayında 9% genişlənib, çünki güclü kreditləşmə həm daxili istehlakı, həm də investisiyanı dəstəkləyib.

Hesabata görə, qızıl satışı da daxil olmaqla ixracatın kəskin artması səbəbindən Tacikistan 2024-cü ilin birinci rübündə 8.2% templə güclü artımını davam etdirib. Türkmənistanda artım dövlət investisiyaları və xalis qaz ixracı ilə təmin edilir. Özbəkistanda əsas kapitala investisiyaların artması 2024-cü ilin birinci rübündə 6.2% artıma səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
banker.az

10Mənbələr