AZ

Böyük Britaniyada illik inflyasiya hədəf səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada inflyasiya ikinci aydır ki, hədəf səviyyəsindədir.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) iyun ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə illik inflyasiya iyun ayında 2 faiz təşkil edib. May ayında da illik inflyasiya 2 faiz idi.

Bu da o deməkdir ki, Böyük Britaniyada illik inflyasiya artıq iki aydır ki, mərkəzi bankın 2 faizlik hədəfinə uyğundur.

Bununla belə, xidmət sektorunda davamlı qiymət təzyiqləri mərkəzi bankın gələn ay faiz dərəcələrini aşağı salıb-azdırmayacağı ilə bağlı şübhələri artırıb.

Enerji və ərzaq qiymətlərinin nəzərə alınmadığı baza inflyasiya iyun ayında illik 3,5 faiz təşkil edib. Baza inflyasiya may ayında da bu səviyyədə idi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
23
banco.az

10Mənbələr