AZ

Bakıda ağır qəza baş verib - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlumata əsasən, Kamal Cəlilovun idarə etdiyi "Hyundai HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub.

Nəticədə ağır xəsarət alan moped sürücüsü xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
26
bakuinfo.net

10Mənbələr