AZ

Hansı saatlarda yatmaq ürəyə xeyirdir?

Birləşmiş Krallıqdakı Ekseter Universitetinin alimləri yuxu rejiminin ürək xəstələyi ilə əlaqəsini araşdırıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, araşdırmalarda 43-79 yaş arasında 88 min nəfər iştirak edib. Onların biləyinə taxılan cihaz bir həftə ərzində izlənilib. Sonra iştirakçıların yuxu saatları ilə ürəyinin sağlamlığı müqayisə edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, saat 22:00 və 23:00 arası yatan şəxslərdə ürək xəstəliyinin olma riski aşağıdır.

23:00 - 00:00 arası yatan şəxslər isə ürək xəstəliyi riskini 12 faiz artırmış olur. Axşam saat 10-dan tez yatanlar isə bu riski 24 faiz artırır.

Tədqiqatın aparıcı müəllifi David Plans bunu sirkadiyalı ritmlə əlaqələndirir:

“Bədənin fiziki və zehni fəaliyyətini tənzimləməyə kömək edən sirkadiyalı ritm adlanan 24 saatlıq daxili saatı var. Tədqiqatımızdan hələ də səbəb əlaqəsini çıxara bilməmişik. Amma nəticələr göstərir ki, çox erkən və ya gec yatmaq bədən saatını pozur və ürək-damar sağlamlığı üçün mənfi nəticələrə səbəb ola bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
6
qafqazinfo.az

10Mənbələr