AZ

“Komo”da məşhur futbolçu

“Komo” heyətini gücləndirməkdə davam edir.

Yeni mövsümdən A seriyasında oynamaq hüququ qazanan komandaya tezliklə tanınmış oyunçu qoşulacaq. “Mançester Yunayted”dən ayrılan Rafael Varanın yeni klubu məhz “Komo”olacaq. İnsayder Fabritsio Romanonun sosial şəbəkə hesabı vasitəsilə yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi İtaliya klubunun təklifini qəbul edib. Transfer yaxın vaxtlarda rəsmən açıqlanacaq.

Xatırladaq ki, “Komo” ötən mövsüm Fransesk Fabreqasın rəhbərliyi altında B seriyasında 2-ci yeri tutaraq İtaliya çempionatının elit divizionuna yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
32
football-plus.az

10Mənbələr