AZ

Ukrayna ordusu bu ərazilərdən də geri çəkildi

Ukrayna hərbçiləri Xerson vilayətinin Dnepr çayının sol sahilində yerləşən Krınki kəndindən, həmçinin Donetsk vilayətinin Urojaynoye qəsəbəsindən geri çəkilib.

Turkustan.az xəbər verir ki, bu barədə LİQA.net Ukrayna Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hərbçilərinin həyatının qorunması məqsədilə belə qərar verilib:

“Krınkidə döyüşlər adalarda davam edir. Binaların və sığınacaqların geniş miqyasda dağıdılması səbəbindən müdafiə xəttini yaşayış massivində saxlamağın mənası qalmadı”./axar.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
13
turkustan.az

10Mənbələr