AZ

ABŞ Federal Təhqiqatlar Bürosu xəbərdarlıq etdi: Trampın güllələnməsinə görə qisas alacaqlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də keçmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdinə görə təkrarlanan və ya cavab xarakterli zorakılıq aktları baş verə bilər.
Bu barədə Oxu.Az "Politico" nəşrinə istinadən məlumat verir.
Nəşrin xəbərinə görə, bununla bağlı ABŞ Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamentinin birgə hazırladığı kəşfiyyat bülletenində bildirilib.
Qurumlar ehtimal edirlər ki, ekstremistlər təkrarlanan və ya cavab xarakterli zorakılıq aktlarına cəhd edə bilərlər. Onlar konkret hədəflərin adını çəkmirlər, lakin qeyd edirlər ki, ekstremistlər əvvəllər güman edilən siyasi və ya ideoloji rəqiblərə hücumlar ediblər və ya hücum etməyi planlaşdırıblar.
"Trampa qarşı bu hücum seçki ilə bağlı obyektlərin təhlükə altında olduğuna dair qiymətləndirməmizi təsdiqləyir", - deyə xüsusi xidmət orqanlarından bildirilib.
Qurumlar vurğulayıblar ki, bəzi onlayn icmaların üzvləri təhdid və ya zorakılıq hərəkətlərinə dair göndərmələrin yer aldığı mesajlar yayıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
oxu.az

10Mənbələr