AZ

Bu gündən bağçalara uşaqların qeydiyyatı başlayır

İyulun 16-da dövlət məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.

"Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən baş tutacaq. Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər".

Qeyd edilib ki, boş yerlərə qəbul il ərzində aparılacaq.

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
1
azerforum.com

10Mənbələr