AZ

Xətainin bir hissəsində su kəsiləcək

Bakının 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinə qədər) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.

"Bununla əlaqədar abonentlərdən üzr istəyirik", - deyə qurum bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
39
ucnoqta.az

10Mənbələr