AZ

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib.

Olaylar xarici mediaya istinadən xəbər verir ki, "Eagle Partner 2024" adlı təlimlər Ermənistanda keçirilir.

Təlimlərdə Ermənistan silahlı qüvvələrinin, ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı birliklərinin və Kansas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Birgə təlimin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
22
olaylar.az

10Mənbələr