AZ

“Bank of Baku”da təyinat olub

Bank of Baku-nun İT sahəsi, Planlaşdırma və Koordinasiya departamentinin direktoru vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, Bədəlova Elnarə Hicran qızı bu vəzifəyə təyin edilib.

Elnarə Bədəlova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit istiqaməti üzrə bakalavr təhsili alıb, daha sonra təhsilini UNEC-də eyni istiqamət üzrə magistr dərəcəsi ilə davam etdirib.

Elnarə Bədəlova 15 illik peşəkar iş təcrübəsinə sahibdir. O, iş fəaliyyətinə 2009-cu ildə “FİNCA Azərbaycan”da başlayıb və 2012-ci ilə qədər Maliyyə xidmətləri eksperti olaraq çalışıb. Daha sonra 2012-2016-cı illərdə “Amrahbank”da Nəzarət şöbəsi rəisi vəzifəsini yerinə yetirib.

2016-cı ildən isə “Kapital Bank”da fəaliyyət göstərməyə başlayıb. Texniki dəstək üzrə komanda rəhbəri, bank sistemində İT analitik, menecer vəzifələrini icra edib. Son 4 ildə “Kapital Bank”ın daxili bank sisteminin yazılıb tamamlanması və idarə olunmasında Məhsul sahibi olaraq çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
banker.az

10Mənbələr