AZ

AMB “Mobile Payment Solutions”a lisenziya verib

AMB

Bakı, 15 iyul, AZƏRTAC

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

AMB-dan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 8 iyul tarixli Qərarı ilə “Mobile Payment Solutions” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir. Qeyd edək ki, ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
15
azertag.az

10Mənbələr