AZ

Mərkəzi Bank Portmanat-a lisenziya verdi

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir. Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin 08 iyul 2024-cü il tarixli Qərarı ilə “Mobile Payment Solutions” MMC-yə (Portmanat brendi) elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.

Bu barədə Marja-ya Mərkəzi Bankdan bildirilib.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir. Qeyd edək ki, ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Portmanat gündəlik ödəmələri rahat həyata keçirmək üçün nəzərdə tutulan elektron pulqabıdır. Bu xidmət kompyuter və ya mobil telefon vasitəsilə İnternet ödənişlərinin tez və təhlükəsiz yoludur.

Portmanat Mobile Payment Solution
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
15
marja.az

10Mənbələr