AZ

Koma vəziyyətində olan yeniyetmənin həyatı xilas edilib » Medical Media


Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasına (əvvəlki adı Respublika Klinik Uşaq Xəstəxanası) Kürdəmir rayon sakini, 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs iki ay müddətində davam edən yüksək hərarət, öskürək, iştahasızlıq, halsızlıq şikayətləri ilə yerləşdirilib.

Zəruri müayinələr aparılan pasiyentin qanında iltihabi göstəricilər yüksək olub, ağciyər tomoqrafiyasında sağ ağciyərdə böyük sahəni əhatə edən “buzlu şüşə” aşkar edilib. Beynində qansızma müşahidə edilən pasiyentin vəziyyəti olduqca ağır olub. Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmə süni tənəffüs aparatına qoşulub.

Xəstənin valideynləri övladlarının vəziyyətinin ağır olduğunu və onu evə aparmaq istədiklərini bildirsələr də, həkimlərin səyi nəticəsində müalicəsi davam etdirilib.

İki həftə davam edən intensiv müalicədən sonra xəstənin həyati funksiyaları stabilləşib, süni tənəffüs aparatından ayrılıb. Müalicəsi davam etdirilən və qısa müddətdən sonra vəziyyəti qənaətbəxş olan yeniyetmə ambulator müalicə üçün evə buraxılıb.
Seçilən
39
medicalmedia.az

1Mənbələr