AZ

Daşkəsənin yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 

Sitat.info xəbər verir ki, o, əvvəllər Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Orxan Abbasov bu təyinatadək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsində işləyib.

O bu vəzifəyə 2023-cü ilin oktyabrında təyin olunub.

Orxan İrşad oğlu Abbasov ABŞ-nin Qərbi Miçiqan Universitetinin məzunudur.

Atası İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktorudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
21
sitat.info

10Mənbələr