AZ

Həm arıqladan, həm də ödəmdən xilas edən bol vitaminli meyvə

Ananas təkcə dadına görə yox, həm də vitamin və minerallarla zənginliyinə görə unikal meyvədir.

Azpost.info xəbər verir ki, dietoloqlar ananasın gündəlik rasiona daxil edilməsini tövsiyə edirlər.

Bu meyvənin tərkibində zülalların parçalanmasına səbəb olan bromelain var və bu, arıqlamağa və ödəmdən qurtulmağa kömək edir.

Ananasın tərkibində kişilərin reproduktiv sisteminə müsbət təsir göstərən çoxlu natrium, kalium, dəmir, maqnezium, fosfor və B vitaminləri də var.

Ən rahatı ananasın suyunu içməkdir. Səhər gündə bir stəkan ilə başlaya bilərsiniz, hər yeməkdən sonra tədricən iki və ya üçə qədər artırın. Bundan başqa, ananas digər meyvələrlə də qarışdırıla bilər.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
8
azpost.info

5Mənbələr