AZ

I yarımildə ölkədə istehlak bazarının həcmi 34 mlrd. manatı ötüb

I

2024-cü ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 34,1 milyard manat təşkil edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023- cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 4,1% artıb.

Qeyd edilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin birinci yarısı ilə müqayisədə 3,9% artaraq 32,8 milyard manata bərabər olmuş, onun 45,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 557,9 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 22,4 manat çox vəsait xərcləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
xalqcebhesi.az

10Mənbələr