AZ

Aran rayonlarında 36 dərəcə isti olub -FAKTİKİ HAVA

İyulun 15-i saat 9:00-a olan hava məlumatı açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

 

Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.

 

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
41
sfera.az

10Mənbələr