AZ

Benzinin qiymətində YENİLİK:Bu gündən Aİ-95...

Bu gündən Aİ-95 markalı avtomobil benzini 40 qəpik ucuzlaşacaq.

Bu barədə Oxu24.com-a SOCAR-dan məlumat verilib.

Məlumata görə, görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.

 

Bildirilib ki, 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzin daxili istehsal hesabına təmin ediləcək.

Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
49
oxu24.com

10Mənbələr