AZ

Naxçıvanda 37° isti olub - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, iyulun 15-i saat 9:00-a qədər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub. Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq, iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
47
manset.az

10Mənbələr