AZ

Qırğızıstanda sel olub, ölən var



Qırğızıstanın Oş şəhərində daşqın nəticəsində itkin düşən 7 yaşlı qızın cəsədi Özbəkistan ərazisində tapılıb, Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Əndican (Özbəkistan Respublikası) şəhərinin Şəhrixonsoi suvarma kanalında 2017-ci il təvəllüdlü qız uşağı meyiti tapılıb.
Onun meyiti “Dostık” sərhədindən keçərək Qırğızıstan tərəfinə verilib. İtkin düşən iki qadın və iki qızın axtarışları davam edir.
Xatırladaq ki, Qırğızıstanın Oş vilayəti və Oş şəhərində daşqın olub. Təbii fəlakət nəticəsində yollar dağılıb, küçələr su altında qalıb. Ölkənin Fövqəladə Hallar Nazirliyi 4 nəfərin itkin düşdüyünü bildirib.

Qeyd edək ki, iyunun 28-də Qırğızıstanda yağan yağışlar nəticəsində Oş vilayətinin Nookat rayonunda daşqın olub. Son məlumata görə, 9 nəfər həlak olub, onlardan 4-ü qazaxıstanlı uşaqdır. Faciəli hadisə baş verən gün Şərqi Qazaxıstandan olan iki oğlan və iki qız anaları ilə qohumlarının yanına gediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
newscenter.az

10Mənbələr