AZ

Üç nazirlik yanğınla bağlı əhaliyə müraciət edib

Bakı. Trend:

Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündəhavaların xüsusilə isti və quru olduğu günlərdə yanğınlarınbaşvermə ehtimalı da artır.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya vəTəbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgəmüraciətində bildirilib.

Qeyd olunub ki, aidiyyəti qurumların apardığı genişmiqyaslımaarifləndirmə işlərinə baxmayaraq, təəssüf ki, meşə və kəndtəsərrüfatı sahələrindəki yanğınların təhlili onların əsassəbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayətetməməsi, o cümlədən biçindən sonra bəzi fermerlərin sahələriyandırması, təbiət qoynunda istirahət edən insanların odlaehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki,ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaqfondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarlanəticələnə bilər:

"Odur ki, əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatıfəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynundaistirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən vəinsanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğıntəhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırırıq.Ölkəmizə, həmçinin insanların həyatına və sağlamlığına zərərvurmamaq üçün taxıl zəmilərində və meşələrdə açıq alovdan istifadəetməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaretkötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcədə şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Küləkli havadaxüsusilə diqqətli olun. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaqvə ya qum ilə onu söndürməyə çalışın. Yanğın, yaxud onunəlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə HallarNazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin".

Məqalədə:
Seçilən
67
4
az.trend.az

10Mənbələr