AZ

Trampla danışıq yaxşı keçdi - Bayden

“Ötən gecə mən Donald Trampa danışdım. Sevinirəm ki, o, yaxşıdır və sağalır. Aramızda qısa, amma yaxşı danışıq keçdi”.

"Unikal" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden media qarşısında çıxışı zamanı deyib. O, sui-qəsd zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib, Məxfi Xidmətə və hüquq-mühafizə orqanları əməkdaşlarına həyatlarını riskə atdıqlarına görə təşəkkür edib.

“Ötən gün də dediyim kimi ABŞ-də bu cür zorakılıq aktları üçün yer yoxdur. Sui-qəsd cəhdi müdafiə etdiyimiz dəyərlərə ziddir. Amerika bu deyil. Bunun baş verməsinə imkan verməməliyik. İndiki halda birlik hər şeydən daha vacibdir”, - deyə ABŞ prezidenti qeyd edib.

Co Bayden sui-qəsdin motivinin hələlik məlum olmadığını deyib. O həmçinin Pensilvaniyada siyasi mitinq zamanı təhlükəsizliyin təminatı ilə bağlı müstəqil araşdırmanın aparılmasına göstəriş verdiyini və yaxın saatlarda xalqa müraciət edəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
27
unikal.az

9Mənbələr