AZ

Buzovna sakini: "Əlimizi yumaq üçün qonşunun hovuzundan su çıxarırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Xəzər rayonu, Buzovna qəsəbəsinin sakinləri içməli su problemi yaşayırlar.
Onların sözlərinə görə, müəyyən vaxtlarda suyun verilişində fasilələr yaransa da, artıq bir həftədən çoxdur ki suları tamamilə kəsilib.
Qəsəbə sakini bildirib ki, əl-üzlərini yumaq üçün qonşunun hovuzundan su çıxarırlar. Qızmar yay günlərində içməyə su tapmayan sakinlər suyun 8 tonunu 40 manata alırlar.
Həmçinin susuzluqdan həyətyanı sahələrdəki yaşıllıqlar da quruyub.
Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirilib ki, yay mövsümü ilə əlaqədar Qala-Buzovna xəttindən qidalanan MTK binasının ehtiyat anbarı və nasos stansiyası yoxdur. Suya tələbatın artması ilə əlaqədar olaraq həmin ünvanlara suyun verilməsində çətinliklər yaranıb. Lakin problemin nə zaman həll olunacağı hələlik məlum deyil.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
14
oxu.az

10Mənbələr