AZ

Yer kürəsinin əhalisi 2080-ci illərin ortalarında özünün pik həddinə çatacaq

"Ən böyük təbii azalma Çin və Hindistanda gözlənilir, buna rəğmən, bu ölkələr dünyada insanların ən çox məskunlaşdığı ölkələr olaraq qalacaq..."
 
"2070-ci illərin sonunda Yer kürəsində 65 yaşdan yuxarı olan insanların sayının 18 yaşına çatmayanlardan çox olacağı gözlənilir..."
 
BMT-nin təqdim etdiyi məruzədə deyilir ki, Yer kürəsinin əhalisi 2100-cü ildə təxminən 10, 2 milyard nəfər təşkil edəcək, orta ömür müddəti isə təxminən 82 il olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
Birlləşmiş Millətlət Təşkilatı (BMT) iyulun 12-də özünün rəsmi saytında "2024-cü ildə dünya əhalisinin perspektivləri" adlı məruzə dərc edib. 
 
Məruzədə deyilir ki, 2100-cü ildə Yer kürəsinin əhalisi 10, 2 milyard nəfər  təşkil edəcək, 2084-cü ildə isə özünün pik həddinə, təxminən 10, 3 milyard nəfərə çatacaq.
 
Bu zaman gözlənilir ki, ömür müddəti tədricən artacaq və 21-ci əsrin sonunda 81, 7 il təşkil edəcək. Kişilərdə bu rəqəm 80-dən bir qədər az, qadınlarda təxminən 84 ilə bərabər olacaq.
 
Müxtəlif ölkələrin demoqrafiyası
 
BMT-nin məlumatlarına görə, 2100-cü ildə ən böyük təbii azalma Çin və Hindistanda gözlənilir. Bu ölkələrdə il ərzində ölüm halları doğum göstəricilərini müvafiq olaraq 10, 5 və 7, 4 milyon nəfər üstələyəcək.
 
Buna baxmayaraq, onlar dünyada iki ən çox məskunlaşan ölkələr kimi qalacaq. Əsrin sonunda ÇXR-də 638, 6 milyon, Hindistanda 1,51 milyard insan yaşayacaq.
 
Öz növbəsində 2100-cü ildə əhalinin ən yüksək təbii artımı Afrikanın bəzi ölkələrində-Konqo Demokratik Respublikası, Konqo, Tanzaniya və Efiopiyada, habelə Asiyada-Pakistanda gözlənilir.
 
BMT-nin məlumatına görə, 2100-cü ildə Rusiyanın əhalisi 126, 4 milyonadək (Rusiya Statistika İdarəsinin məlumatına görə, hazırda ölkədə 146, 2 milyon insan yaşayır), Almaniyada 70, 9 milyonadək (hazırda 83, 8 milyon), Ukraynada 15, 3 milyonadək (Rusiya təcavüzünədək 43 milyon) azalacaq.
 
BMT-nin dünya əhalisinin perspektivləri haqqında
 
BMT qeyd edib ki, 63 ölkə və region artıq 2024-cü ildə özünün demoqrafik pikinə çatıb. Daha 48 ölkə 2025-2054-cü illərdə pikə çatacaq.
 
Bundan başqa, hər bir qadın 1990-cı il illə müqayisədə orta hesabla bir uşaq az dünyaya gətirir (3, 3-ə qarşı 2, 3). 
 
Dünya ölkə və regionlarının yarısından çoxunda bir qadına düşən doğum göstəricisi əhalinin təbii artımının saxlanılması üçün 2, 1 körpə azalıb.
 
Həmçinin 2070-ci illərin sonunda Yer kürəsində 65 yaşdan yuxarı olan insanların sayının yaşı 18-ə çatmayanlardan çox olacağı proqnozlaşdırılır. 
 
Bununla əlaqədar olaraq məruzə müəllifləri qeyd edir ki, bəzi ölkələr "istənilən yaşda əmək məhsuldarlığının yüksəldilməsi üçün texnologiyalardan istifadə edilməsi imkanlarını nəzərdən keçirməlidir".
 
BMT 2022-ci ildə Yer kürəsi əhalisinin daha çox olacağını gözləyib
 
"Financial Times" nəşri yazıb ki, BMT-nin 2022-ci il məruzəsində Yer kürəsi əhalisini 2080-ci illərdə özünün pik nöqtəsinə-10, 4 miyard nəfərə çatacağı və 2100-cü ildə eyni səviyyədə qalacağı deyilib.
 
"Demoqrafik landşaft güclü dərəcədə dəyişib", - nəşr BMT baş katibinin iqtisadi və sosial məsələlər işləri üzrə müavini Li Tszyunhudan iqtibas gətirib.
 
"Bəzi ölkələrdə hazırda doğum səviyyəsi hətta güman edildiyindən də aşağıdır, yüksək doğum göstəriciləri olan bəzi regionlarda isə biz bunun daha sürətli azalmasını müşahidə edirik", - o, əlavə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
41
moderator.az

10Mənbələr