AZ

Qızlarımız bu gün final matçına çıxır - Avropa çempionatı

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.Sportfm.az xəbər verir ki, komanda Kipr yığması ilə üz-üzə gələcək.Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.скачать dle 10.4 UTF-8Forex для начинающих

Seçilən
21
sportfm.az

1Mənbələr