AZ

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bakı. Trend:

İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisasqrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Bugün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçüncoğrafiya fənni üzrə də imtahan keçirilir.

DİM-dən Trend-ə bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir,Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə,Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı vəXaçmazda təşkil olunan imtahanlar saat 10:00-da başlanacaq. Saat09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələniştirakçılar imtahan binasına buraxılmayacaqlar.

DİM bir daha abituriyentlərin nəzərinə çatdırır ki,iştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd edilən vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədlərigətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 139 imtahanbinası, 2459 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına139 ümumi imtahan rəhbəri, 400 imtahan rəhbəri, 3081 nəzarətçi, 438buraxılış rejimi əməkdaşı, 139 bina nümayəndəsi cəlb olunub.

Bugünkü imtahanlarda I ixtisas qrupu üzrə 22888, IV ixtisasqrupu üzrə 5039, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hərikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 5156 nəfərolmaqla, ümumilikdə 33083 abituriyentin iştirakı nəzərdətutulur.

İmtahanda 50 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
49
az.trend.az

10Mənbələr