AZ

“Neftçi” “Alanyaspor”a qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün Ərzurumdakı hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor”la qarşılaşıb.

“Ağ-qaralar” bu oyunda 3:1 hesabı ilə qalib gəliblər. Paytaxt klubunun qollarını Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurublar.

Qeyd edək ki, “Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Növbəti yoxlama görüşü iyulun 17-də keçiriləcək. Rəqib Super Liqanın digər kollektivi “Sivasspor” olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
4
arena.az

10Mənbələr