AZ

Daha bir HƏMAS komandirinin öldürüldüyü deyilir


“HƏMAS hərəkatının Xan Yunis şəhərindəki silahlı qanadının lideri Əl-Məvasi bölgəsində İsrailin endirdiyi zərbə nəticəsində ölüb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail qüvvələrinin Əl-Məvasi bölgəsinə reydi zamanı HƏMAS-ın hərbi qanadının komandiri Rafiya Sələmə öldürülüb.
HƏMAS hələlik bu məsələyə münasibət bildirməyib. Eyni zamanda, radikal hərəkat nümayəndəsinin sözlərinə görə, İsrail ordusunun Xan Yunis yaxınlığındakı hücumunun qurbanı yalnız mülki şəxslər olub.
“Al Hadath” telekanalının məlumatına görə, İsrailin Əl-Məvasiyə hücumunun əsas məqsədi radikal HƏMAS hərəkatının hərbi qanadının lideri Məhəmməd əl-Deyfi məhv etmək olub. Onun vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Xatırladaq ki, daha öncə İsrail Müdafiə Qüvvələrinin (IDF) Fələstinin HƏMAS qruplaşmasının yüksək rütbəli nümayəndəsi Hüssam Mənsuru zərərsizləşdirməsi barədə məlumat verilib. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
13
yeniavaz.com

10Mənbələr