AZ

Bakının 2 rayonunda qaz olmayacaq


Sabah Bakının Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar iyulun 14-də saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri görülən müddətdə Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
47
yeniavaz.com

10Mənbələr