AZ

İlham Əliyev iki vacib sənədi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu" təsdiqlənib.

Demokrat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Memorandum 2024-cü il mayın 14-də Bakı şəhərində imzalanıb.

Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma"nın təsdiq edilməsi haqqında Fərman da imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
16
demokrat.az

10Mənbələr