AZ

Erməni sərhədçilər azərbaycanəsilli sürücünü QƏTLƏ YETİRDİLƏR - VİDEO

Ötən gün erməni sərhədçiləri tərəfindən azərbaycanəsilli sürücünün döyülüb öldürülməsi haqqında sosial şəbəkələrdə məlumat yayılıb.Məlumata görə, hadisə "Nordoz" keçid məntəqəsinin sərhədindəki avtoparkda baş verib.İranın Xoy şəhərindən olan sürücü erməni sərhədçiləri tərəfindən milli mənsubiyyətinə görə döyülüb. Hadisəyə səbəb Ermənistan tərəfinin İran vətəndaşlarının sərhəd zonasını keçməsinə icazə verməməsi, azərbaycanəsilli sürücüləri sıxışdırması və yalnız erməni sürücüləri buraxması olub. Nəticədə sürücü ilə sərhədçilər arasında insident yaşanıb.İran mediası yazır ki, Amid Quluzadə adlı sürücü ilə bağlı hadisədən sonra İranın Ermənistandakı Baş Konsulluğu polisə rəsmi şikayət göndərərək, araşdırma aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib."Xoşbəxtlikdən döyülən sürücünün vəziyyəti yaxşıdır, o, evə buraxılıb. Ermənistan polisinə şikayət edilib, iş araşdırılır", - deyə İranın Qafandakı baş konsulu Morteza Abedin Varam bildirib.

Seçilən
93
4
bakuinfo.net

6Mənbələr