AZ

Gürcüstanın müdafiə naziri Paşinyanla regional təhlükəsizliyi müzakirə edib

Ermənistanda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Çikovani bu ölkənin baş naziri Nikol Paşinyanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə edib.

"Operativ Media"nın “1tv.ge”yə istinadən xəbərinə görə, tərəflər həmçinin Strateji Əməkdaşlıq haqqında Müqavilənin vacibliyinə toxunub.

Qeyd edək ki, İ. Çikovaninin Ermənistanlı həmkarı Suren Papikyanla görüşü zamanı nazirliklər arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
27
operativmedia.az

10Mənbələr