AZ

Qərb İranla danışıqlara hazır deyil, ancaq Putin...

Qərb İranla münasibətləri normallaşdırmaq və kompromis tapmaqdan danışmağa hazır deyil.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov deyib.

Onun sözlərinə görə, MAQATE-nin Rəhbərlər Şurasının sessiyasında İran əleyhinə bəyanatın qəbulu buna sübutdur: “İran deyil, Qərb İranla münasibətlərin normallaşdırılması məsələsində ciddi söhbətə hazır deyil”.

Dedov Qərb ölkələrinin liderlərinin İran prezidenti seçilən Məsud Pezeşkianı təbrik etmədiyi halda, əksər dünya liderlərinin, o cümlədən Rusiya prezidenti Vladimir Putinin təbrik etməsinə də işarə edib.

Seçilən
54
1
publika.az

2Mənbələr